525.Az

Şamaxıda taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanıldı


 

Şamaxıda taxıl sahəsini yandırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanıldı<b style="color:red"></b>

Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanmışdır. Yanğın söndürülmüş, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

 





11.08.2018    çap et  çap et