525.Az

Piboztəpə Antik dövr nekropolunda yeni tapıntılar


 

Piboztəpə Antik dövr nekropolunda yeni tapıntılar<b style="color:red"></b>

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik rayonunun Gürdəsər və Kiravurd kəndlərinin inzibati ərazisinə daxil olan abidələrdə Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar iyulun 31-də başa çatıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, arxeoloji qazıntılar zamanı Gürdəsər kəndinin inzibati ərazisinə daxil olan Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub. 2012-ci ildən ərazidə başlanmış arxeoloji tədqiqatlar nəticəsində Piboztəpədə bu günədək ümumi 190 qəbir aşkar olunmuşdur ki, bunlardan 170-i Antik dövrə aiddir. Qəbirlər səciyyəvi cəhətlərinə görə e.ə. V-III əsrlərə aiddir. ABŞ-ın elmi laboratoriyalarında aparılmış radiokarbon analizlərin nəticələri də bu tarixi təsdiqləyir.

Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır. Qəbirlərdəki ölülər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları, qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə, qəbirlərdə müxtəlif bədii tərtibatlı saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn edilənlərin üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar da tapılıb.

C.Eminli əlavə edib ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar və ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşmə işləri aparırlar.

 





13.08.2018    çap et  çap et