525.Az

BMT baş katibi Xəzərin statusuna dair Konvensiyanı tarixi sənəd adlandırdı


 

BMT baş katibi Xəzərin statusuna dair Konvensiyanı tarixi sənəd adlandırdı<b style="color:red"></b>

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

Trend-in məlumatına görə, bu barədə onun bazar ertəsi kütləvi informasiya vasitələri tərəfindən yayılan bəyanatında deyilir.

"Baş katib Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasını alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir", - deyə bəyanatda bildirilir.

 





14.08.2018    çap et  çap et