525.Az

Neft Fondu bir sıra xarici valyutalardakı aktivlərə sərmayə qoyur


 

BU SİYAHIYA ÇİN YUANI, KOREYA VONU, AVSTRALİYA DOLLARI, RUSİYA RUBLU VƏ TÜRKİYƏ LİRƏSİ DƏ DAXİLDİR

Neft Fondu bir sıra xarici valyutalardakı aktivlərə sərmayə qoyur<b style="color:red"></b>

Dövlət Neft Fondu (ARDNF) öz investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avropa İttifaqı və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər xarici valyutalarda ifadə olunan aktivlərə də sərmayə qoyuluşları həyata keçirir.

Fonddan verilən məlumata görə, bu addım investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə atılıb. Bu istiqamətdə fondun investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır.

Qeyd olunub ki, ARDNF-in investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9 faiz pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9 faiz pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində "Tverskaya 16" ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir. Bununla yanaşı, fondda son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir.

C.ABASOV

 





15.08.2018    çap et  çap et