525.Az

Bitkoin bahalaşıb


 

Bitkoin bahalaşıb<b style="color:red"></b>

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bahalaşıb.

Trend-in məlumatına görə, bitkoin bu gün 6,3 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 5,25% artaraq 6,338 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb. Belə ki, "Ethereum" 5,58% və ya 282,5 dollaradək, "Ripple" 8,38% (0,2842 dollara qədər), "Bitcoin Cash" isə 4,53% (517,78 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 203,93 milyard dollar təşkil edir və bunun 53,5% faizi bitkoinin payına düşür.

 





16.08.2018    çap et  çap et