525.Az

"Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub"


 

"Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub"<b style="color:red"></b>

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başlayıb. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədilə 1994-cü ildən etibarən ekspert qrupları yaradılıb, elmi-metodiki seminarlar təşkil olunumuş və bu sistem ilbəil təkmilləşdirilib.

M.Abbaszadə qeyd edib ki, keçən 27 il ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha effektiv hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib:

"2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaratdıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub".

M.Abbaszadə əlavə edib ki, 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb: "Təhsil sahəsində həyata keçirilən bu islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək".

 





16.08.2018    çap et  çap et