525.Az

Ərdoğan və Merkel iqtisadi əlaqələri müzakirə etdilər


 

Ərdoğan və Merkel iqtisadi əlaqələri müzakirə etdilər<b style="color:red"></b> Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan və Merkel Türkiyənin xəzinədarlıq və maliyyə naziri ilə Almaniyanın maliyyə və iqtisadiyyat nazirləri arasında görüşün keçirilməsinə razılaşıblar.  Tərəflər arasında ölkələr arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.

Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.

Ölkə başçıları, eyni zamanda, sentyabrın sonunda Berlində planlaşdırılan görüşə də toxunubular.
 





16.08.2018    çap et  çap et