525.Az

Messi: "Kapitan olmaq böyük şərəfdir"


 

Messi: "Kapitan olmaq böyük şərəfdir" <b style="color:red"></b>

"Barselona"nın futbolçusu Lionel Messi komandanın yeni kapitanı seçilməsinə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Klubun kapitanı olmaq mənim üçün böyük şərəfdir. Bu klubun nə demək olduğunu bilirəm. Məndən əvvəl buranın böyük kapitanları olub".

Qeyd edək ki, klubun sabiq kapitanı Andres İnyestanın "Vissel Kobe"yə transferindən sonra kapitanlıq sarğısı L.Messiyə verilib.

 





16.08.2018    çap et  çap et