525.Az

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək


 

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək<b style="color:red"></b>

Sentyabrın 25-də Bakıdakı “Art Tower” rəsm qalereyasında perulu rəssamların fərdi sərgisi keçiriləcək.

AzərTAc “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatına istinadən xəbər verir ki, sərgi Perunun Azərbaycandakı səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgi AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək.

Sərgidə dörd Perulu rəssamın əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların ətəklərindən axan Amazon çayını, gölləri, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkildə əks etdiriblər.

Sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.

 





16.08.2018    çap et  çap et