525.Az

Qızıl-gümüş bazarı bahalaşıb


 

Qızıl-gümüş bazarı bahalaşıb<b style="color:red"></b>

Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.

Trend-in məlumatına görə, avqustun 17-də qızılın qiyməti avqustun 16-ı ilə müqayisədə 4,7005 manat artaraq 1 unsiya üçün 2000,373 manat təşkil edib.

Gümüş 0,2404 manat bahalaşaraq 1 unsiyası üçün 24,9162 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 12,5205 manat artaraq 1325,694 manat, palladiumun qiyməti isə 61,0045 manat artaraq 1518,7545 manat təşkil edib.

 





18.08.2018    çap et  çap et