525.Az

Yüksək bal toplayanlar ADPU-nu seçib


 

Yüksək bal toplayanlar ADPU-nu seçib<b style="color:red"></b>

2018-2019-cu tədris ilində təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan on abituriyent Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müxtəlif fakültələrinə qəbul olunublar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən verilən məlumata əsasən, yüksək bal toplayan bu gənclər ixtisas seçimi zamanı müqəddəs və eyni zamanda, məsuliyyətli müəllim peşəsini seçən Afət Sadıqova 2018-2019-cu tədris ilində 648 bal toplayaraq ADPU-nun Kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunub.
 
Gülşən Kazıyeva 584 balla ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”  ixtisasını, Leyla Əhmədova 552 balla Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”  ixtisasını, Elçin Məmmədov 552 balla Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”  ixtisasını, İlkin İbrahimov 548 balla Tarix və coğrafiya fakültəsinin “Tarix müəllimliyi”ixtisasını seçiblər.

Şəhla Cabbarlı 543 bal toplayaraq İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi”  ixtisasına, Natiq İsmayılov 532 bal toplayaraq Riyaziyyat və informatika fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. Həmçinin, İsmayıl Məmmədov 509 balla Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasını, Nərgiz Şahbazova 506 balla Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasını, Esmira İsgəndərova 506 balla İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasını seçiblər.

S.QARAYEVA

 





18.08.2018    çap et  çap et