525.Az

Xeyli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb


 

Xeyli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb<b style="color:red"></b>

Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük komitəsinin (DGK) Mətbuat xidmətinin məlumatına görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Opel Vectra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Daha sonra Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində və salonunda olan sellofan torbaların içərisində 3400 ədəd “King” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Komitənin məlumatında bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz 190” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd “Parlament Super Slim” və 1180 ədəd “Parlament Carat” markalı siqaretlər aşkar edilib.

S.QARAYEVA

 





18.08.2018    çap et  çap et