525.Az

“YARAT”da qısametrajlı film festivalı keçiriləcək


 

“YARAT”da qısametrajlı film festivalı keçiriləcək<b style="color:red"></b>

Avqustun 21-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək.

525.az-ın məlumatına görə, festival çərçivəsində altı filmin nümayişi nəzərdə tutulur.

Keçirildiyi 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb.

Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

Hazırda festival 40 ölkə, 100 şəhər və altı qitəni əhatə edərək il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir.

 





19.08.2018    çap et  çap et