525.Az

Hava yağmursuz keçəcək


 

Hava yağmursuz keçəcək<b style="color:red"></b>

Həftə sonu respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bazar günü gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.


 

 





06.10.2012    çap et  çap et