525.Az

Yerə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır


 

Yerə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır<b style="color:red"></b>

Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.

Trend NASA-ya istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur.

Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.

Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.

 





25.08.2018    çap et  çap et