525.Az

Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirməyə cəhd olunub


 

Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirməyə cəhd olunub<b style="color:red"></b>

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “VAZ 21214” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində “Big Cracker” yazısı olan 870 ədəd və “Enigmabg” yazısı olan 18 min ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

S.QARAYEVA

 





25.08.2018    çap et  çap et