525.Az

İkinci peykin buraxılış tarixi dəyişdirildi


 

İkinci peykin buraxılış tarixi dəyişdirildi<b style="color:red"></b>

Azərbaycanın "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykinin buraxılış tarixi cari il sentyabrın 7-dən 18-nə keçirilib.

“Azerspace-2/Intelsat 38” peyki “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.

Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı, “Horizons 3e” peykini də aparacaq.

“Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

 





28.08.2018    çap et  çap et