525.Az

Ağsuda uşaq ölü doğuldu


 

Ağsuda uşaq ölü doğuldu<b style="color:red"></b>

Ağsu rayonunda ölü uşaq dünyaya gəlib.

Trend-in məlumatına görə, hadisə avqustun 28-də Ağsu rayon Mərkəzi Xəstəxanasının Doğum evində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyeva Çinarə Malik qızı təbii yolla ölü döl doğub.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Döl məhkəmə-tibb ekspertizasına təqdim edilib, zəruri ekspertizalar keçirilib.

 





29.08.2018    çap et  çap et