525.Az

Özbəkistan prezidenti Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif etdi


 

Özbəkistan prezidenti Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif etdi<b style="color:red"></b>

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkar Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib.

Trend-in məlumatına görə, V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və karbohidrogen resurslarından istifadənin səmərəliliyin artırılmasında töhfəsinə görə təltif edilib.

Müvafiq sənəddə V.Ələkbərovun ölkədə karbohidrogen xammalının emalı və hasil edilməsi zamanı innovasiya texnologiyalarının tətbiqində xidmətləri qeyd olunur.

 





30.08.2018    çap et  çap et