525.Az

"Qarabağ" Avroliqanın qrupunda


 

"Qarabağ" Avroliqanın qrupunda<b style="color:red"></b>

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da pley-off-da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməli idi. 3:0 hesablı qələbə qazanan "Qarabağ"  tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm  Çempionlar Liqasının qrupunda oynamışdı.

30 avqust

Avropa Liqası

Pley-off mərhələsi

21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0
Qollar
: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 





30.08.2018    çap et  çap et