525.Az

Dünyanın ən bahalı ayaqqabısı


 

Dünyanın ən bahalı ayaqqabısı <b style="color:red"></b>

“Qarderobda dünyanın ən bahalı əşyası” kateqoriyasında əl işləri ilə tanınan britaniyalı dizayner Debbi Uingem Dubayda ən bahalı ayaqqabını nümayiş etdirib.

Ayaqqabının dəyəri 55 milyon dirhəmdir (14,9 milyon ABŞ dolları). Tuflilərin dabanı platinin üstündə 1000 ədəddən artıq brilyantla və qızıl saplarla bəzədilib.

Kompozisiyada təkcə iki çəhrayı brilyantın dəyəri 16,2 milyon dirhəmdir (4,4 milyon ABŞ dolları). Qiymətli daşlar fərqli ölçüləri, rəngi və saflığı ilə seçilir. Tufli şəxsi müştərinin sifarişi ilə ayaqqabı dizayneri Kris Kempbellə əməkdaşlıq nəticəsində hazırlanıb.

Dizayner Debbi Uingem bildirib ki, onun yaratdığı qiymətli bəzək əşyaları müştəriləri tərəfindən adətən bir və ya iki dəfə istifadə olunduqdan sonra seyfdə saxlanılır. Onun sözlərinə görə, sifarişçilərin qiymətli daş-qaşları ilə o, hər gün zövqoxşayan sənət əsəri yarada bilir.

D.Uingem, həmçinin 2012-ci ildə 2 ədəd 50 karatlıq qara brilyantla bəzədilmiş eksklüziv donun və 2013-cü ildə nadir qırmızı brilyantlarla bəzədilmiş baş geyiminin müəllifidir.

 





01.09.2018    çap et  çap et