525.Az

“Real”da Ronaldodan sonra 7 nömrəli formanı kim geyinəcək?


 

“Real”da Ronaldodan sonra 7 nömrəli formanı kim geyinəcək? <b style="color:red"></b>

İspaniyanın "Real" klubunda Ronaldodan sonra 7 nömrəli formanı Fransanın “Lion” komandasından transfer edilən Mariano Dias geyinəcək.

Trend-in məlumatına görə, daha əvvəllər kral klubunda 7 nömrəli formanı Kops, Amansio, Xuanito, Butragenyo və Raul geyinib.

25 yaşlı dominikanlı futbolçu “Real”ın yetişdirməsidir.

Xatırladaq ki, Mariano ötən mövsüm “Lion”da 37 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib.

 





01.09.2018    çap et  çap et