525.Az

İdmançılarımız III Dünya Köçəri Oyunlarında uğurla çıxış edirlər


 

İdmançılarımız III Dünya Köçəri Oyunlarında uğurla çıxış edirlər<b style="color:red"></b>

Azərbaycan idmançıları Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarına uğurla başlayıblar.

AzərTAc xəbər verir ki, kəmər güləsi yarışlarında Gözəl Zotova Gürcüstan, Özbəkistan və Rusiya idmançılarına qalib gələrək finala yüksəlsə də, həlledici görüşdə uduzduğundan gümüş medalla kifayətlənməli olub. Elməddin Ramazanov isə üçüncü yer uğrunda görüşdə yaponiyalı idmançıya qalib gələrək bürünc medala layiq görülüb.

Qol güləşi yarışında 105 kiloqram çəki dərəcəsində Rəşad İsrafilov və Rüstəm Qurbanov hər biri gümüş və bürünc medallara sahib olublar.

Həmçinin 95 kiloqram çəki dərəcəsində Elsevər Xasıyev və Zöhrab Məsimov bürünc medallar qazanıblar.



 





05.09.2018    çap et  çap et