525.Az

Sağlam və baxımlı saçlara necə sahib olmalı? - Maraqlı


 

Sağlam və baxımlı saçlara necə sahib olmalı? - <b style="color:red">Maraqlı </b>

Sağlam və baxımlı saçlara sahib olmaq hər qadının istəyidir. 

Baxımlı saçlar üçün bir neçə üsulu təqdim edirik:

Saçlarınızı hər gün bir neçə dəfə fırça ilə darayın.

Mükəmməl saçların bir sirri də saçları ilıq su ilə yumaqdır. Bu zaman daha canlı saçlara sahib olacaqsınız.

Saç uclarınızı tez-tez kəsdirin. Ölü tellərdən qurtulmaq lazımdır.

Sağlam qidalanın. Qidalarda olan vitaminlər saçlarınıza da təsir edir.

Yumurta və avakado maskasından istifadə edin. Bunun üçün bir avakado, yumurtanın sarısı və bir yemək qaşığı zeytun yağı lazımdır. Bu üç qidanı qarışdırıb saçlarınıza vurduqdan sonra 20-30 dəqiqə gözləyin. Ayda iki dəfə istifadə edə bilərsiniz.

Kök suyu ilə kakos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.

Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.

 





08.09.2018    çap et  çap et