525.Az

"51-ci Bölgə"nin sirri nədir? - Maraqlı


 

"51-ci Bölgə"nin sirri nədir? - <b style="color:red">Maraqlı </b>

Dünyada bir çox gizli olan və çoxları üçün qaranlıq qalan məkanlar var. Bunlardan biri də "51-ci Bölgə"dir.

Varlığı rəsmi məlumatlarda yer almayan və "Area 51" olaraq bilinən bölgə, Las-Vegasın 153 km şimalında yerləşən Groom gölü yaxınlarında olan Nevada çölündə yerləşir. Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı "Rachel" qəsəbəsidir. Bölgəyə giriş qadağandır. Bölgədə ştatın qaydaları işləmir. "51-ci Bölgə"-nin təhlükəsizliyini "Cammo Dudes" adı verilən bir qrup yerinə yetirir. Bölgəyə yaxınlaşan insanlar müəyyən bir zamandan sonra bu insanları görür. Həmin qrup, insanları bölgəni tərk etmək üçün xəbərdar edirlər. Əgər xəbərdarlığa riayət olunmasa pul cəzası kəsilir. Əgər bölgəyə girən şəxslər daha da irəli getsələr onlar öldürülür.

Qəzet materiallarına görə burda təyyarələr və düşmən silahları araşdırılır, yeni təyyarələr test edilir. Lakin bəzilərinə görə bölgədə başqa şeylər üzərində araşdırmalar aparılır. Bir çox UNO (Uçan naməlum obyekt) mütəxəsislərinə görə 1960-cı illərdə dünyaya gələn və düşən bir UNO-nun qalıntıları ilə yadplanetlilərin bədənləri bu bölgədə saxlanılır. Həmin mütəxəsislərə görə hal-hazırda ABŞ hökuməti bu bölgədə yadplanetlilər üzərindəki araşdırmalarını davam etdirir.

"Area 51" məsələsi ilə bağlı ABŞ hökuməti uzun illər heç bir açıqlama verməyib. Lakin "Area 51"də çalışanlar bu səssizliyi pozublar."LA Times"-a müsahibə verən 5 işçinin müsahibəsi bir müddət çoxlarını təəccübləndirdi. Müsahibə verən səlahiyyətlilərə görə "Area 51" də UNO deyil, çox gizli bir casus təyyarələri üzərində araşdırmalar aparılır. Həmin casus təyyarələrindən biri səsdən 3 qat daha sürətli uça bilən və xüsusi təchizatı sayəsində heç bir radara düşməyən çox gizli "A-12 OXCART" model təyyarədir. Lakin çoxları buna inanmır. Amerikada hər 10 nəfərdən 7-si "51-ci Bölgə"də UNO-ların olduğuna inanırlar.

"51-ci Bölgə" haqqında bu günə qədər bir çox fikir səslənib. Bunlardan ən məşhuru burada yadplanetlilərin araşdırılmasıdır. 1947-ci ildə yaşanan "Roswell UNO" qəzası sonrası tapılan yadplanetli cəsədinin bölgədə saxlanıldığı iddia edilir. Bəzilərinə görə bu qəzadan sonra 51-ci bölgədə bir aşardırma mərkəzinin qurulmasına qərar verilmişdir. Bu gün ABŞ-ın yüksək texnoloji silahlara və texnikaya sahib olmasının səbəbi olaraq 1947-ci ildə yaşanmış "Roswell UNO" qəzası göstərilir. 8 iyul 1947-ci il tarixində "New Mexico" əyalətinin Roswell qəsəbəsində qəzaya uğrayan UNO-nu gizli olaraq analiz edən səlahiyyətlilər, araşdırmalar sonrası UNO-nun istifadə etdiyi texnologiyanı öyrənmişdilər. Həmçinin qəzada ölü (və ya yaralı) olaraq ələ keçirilən yadplanetli üzərində araşdırmalar aparılmışdır. Bunun haqqında real olub-olmadığı tam olaraq bilinməyən bir video da var. Videoda üzərində araşdırma aparılan canlının "Roswell" qəsəbəsində düşən UNO-ya aid olduğu deyilir. Video ilk olaraq yalanlansa da, daha sonra təqaüdə çıxmış 51-ci bölgədə çalışmış bir çox insan tərəfindən doğrulandı.

"51-ci Bölgə" də tam olaraq nəyin araşdırıldığı bilinməsə də ərazidə yadplanetlilərlə bağlı araşdırmalar aparıldığı söz-söhbətləri dillərdən düşmür. Bölgə ilə bağlı açıqlama verən şəxslər isə hökumət tərəfindən susdurulur.

 





08.09.2018    çap et  çap et