525.Az

600-dən çox bal toplayan 138 tələbə BMU-nu seçib


 

600-dən çox bal toplayan 138 tələbə BMU-nu seçib<b style="color:red"></b>

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq, Bakı Mühəndislik Universiteti  tələbəsi adına layiq görülənlər barədə nəticələr açıqlanıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edən 1122 nəfər Bakı Mühəndislik Universitetini (BMU) seçib. Bunlardan 551 tələbə dövlət sifarişli, 571 tələbə ödənişli əsaslarla, 487 tələbə isə ingilis dilində olan ixtisasları seçib. 2017-18-ci illə 2018-19 tədris ili üzrə qəbulun müqayisəsini apardıqda qəbulun ümumi sayında və yüksək bal kateqoriyasında müsbət fərqi görünür. Ötən il 772 tələbə, bu il isə 1122 tələbə BMU ixtisaslarına qəbul olub. 600 baldan çox toplamış 115 tələbə qəbul olmuşdursa, bu il isə 600 baldan çox  toplamış 138 tələbə BMU-ya qəbul olunub. Ümumilikdə, bu il 138 tələbə 600-dən cox bal toplamışdır ki, bunlardan da 122-si ingilis dilli ixtisaslara, 16 nəfəri isə Azərbaycan dilində olan ixtisaslara qəbul olunub.

Kompüter mühəndisliyi ixtisasının keçid balı 648, İnformasiya texnologiyaları ixtisasının keçid balı isə 634 olub.

Mühəndislik və iqtisadiyyat ixtisasları ilə yanaşı, 1-ci və 4-cü qruplar üzrə pedaqoji ixtisasları da yüksək ballı abituriyentlər seçiblər. Belə ki, 671 balla Riyaziyyat və informatika müəllimliyi (ingilis dilində), 669 balla riyaziyyat müəllimliyi (ingilis dilində), 634 balla kimya müəllimliyi (ingilis dilində), 611 balla fizika müəllimliyi  (ingilis dilində), 557 balla biologiya müəllimliyi ixtisaslarını seçərək tələbə adına layiq görülüblər. Qeyd edək ki, ingilis dilində olan ixtisaslara qəbul olunan tələbələr birinci tədris ili universitet kampusunda yerləşən Dillər məktəbində ingilis dili öyrənirlər. Növbəti 4 ili isə ingilis dilində ixtisas dərslərindən tədris olunurlar.

Kampusda yerləşən müasir tipli qız və oğlan yataqxanaları da tələbələrin istifadəsindədir. Yataqxanalarda yaradılmış şərait imkan verir ki, tələbələr ancaq dərsləri ilə məşğul olsunlar.

Universitetin kitabxanasında olan 100 mindən artıq kitab və elektron dərs vəsaitləri də tələbələrin istifadəsindədir. Universitet kampusunda yaradılmış şərait imkan verir ki, tələbələr universitet kampusundan kənara çıxmadan günlük tələbatlarını təmin edə bilsinlər.

 





11.09.2018    çap et  çap et