525.Az

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyi yeni layihəyə başladı


 

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyi yeni layihəyə başladı<b style="color:red"></b>

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyi "İnternet media resurslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək" adlı layihə həyata keçirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində müəyyən olunmuş internet media resursları üzərində 4 aylıq monitorinqlər artıq yekunlaşıb. Monitorinqlərin nəticələri emal olunur və sentyabr ayının sonunda dərc olunacaq.

Birliyin sədri Asəf Quliyevin verdiyi məlumata görə, monitorinqlərin ilkin nəticələri və görülmüş digər işlərlə bağlı sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçiriləcək. Dəyirmi masada ekspertlər və media təmsilçiləri iştirak edəcəklər.

Birlik sədri onu da bildirib ki, aparılan monitorinqlər nəticəsində beynəlxalq auditoriyaya çıxarılması üçün nəzərdə tutulan və yüksəkbüdcəli layihələrdə qeydə alınan yanlışlıqlar barədə də dəyirmi masada məlumat veriləcək.

Bundan başqa, dəyirmi masada A.Quliyev Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının dağıdılmasının detalları ilə bağlı əldə etdiyi materiallar əsasında hazırlanmaqda olan film barədə məlumat veriləcək.

CEYHUN

 





11.09.2018    çap et  çap et