525.Az

5 avtomobil toqquşub: ölən var


 

5 avtomobil toqquşub: ölən var<b style="color:red"></b>

Bakıda 5 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Nobel prospektində, "Asiman" şadlıq sarayının yaxınlığında "Hyundai Sonata" markalı avtomobil şəhər istiqamətinə gedərkən əks istiqamətə çıxaraq qarşıdan gələn 4 avtomobil ilə toqquşub.

Hadisə yerində olan polis əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb "Hyundai Sonata" markalı maşının yüksək sürətlə hərəkət etməsi olub.

ilkin məlumata görə, qəza nəticəsində ölən və xəsarət alanlar var.

 





07.10.2012    çap et  çap et