525.Az

Yeni “iPhone”lar təqdim olundu


 

Yeni “iPhone”lar təqdim olundu<b style="color:red"></b>

Dünən ABŞ-da "Apple" şirkəti yeni "iPhone" smartfon modellərinin təqdimatını keçirib.

Trend-in məlumatına görə, təqdimat mərasimi şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunub.

Təqdimatda 3 yeni "iPhone" modeli nümayiş etdirilib.

Bundan başqa, yenilənmiş "MacBook Air" noutbuku, "Apple Watch" saatı və "iPad" planşeti təqdim olunub.

Yeni "iPhone" modellərinin nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

 





13.09.2018    çap et  çap et