525.Az

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırıldı


 

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırıldı <b style="color:red"></b>

Cənubi Afrika Respublikasının Durban şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransının yekunlarına dair təltifetmə mərasimi keçirilib.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların inkişafı üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2018”-də fəal iştirakına və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi isə sosial təsirli innovativ həllərin tətbiq və təşviqinə görə mükafatlandırılıb. Bununla da ölkəmiz tədbir çərçivəsində 3 sertifikata layiq görülüb.

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsinin ən qlobal tədbiri hesab olunur. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyonla təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tədbirin əsas beynəlxalq tərəfdaşlarından biridir.

 





14.09.2018    çap et  çap et