525.Az

"Ermənistanın Azərbaycana müharibə elan etməsi münaqişənin həllini çətinləşdirir"


 

"Ermənistanın Azərbaycana müharibə elan etməsi münaqişənin həllini çətinləşdirir"<b style="color:red"></b>

Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir.

Bunu Trend-ə amerikalı siyasi analitik, “Gulf State Analytics”in Vaşinqtondakı baş müşaviri Teodor Karasik deyib.

Ekspert qeyd edib ki, Yerevan “Şant-2018” təlimlərinə Ermənistan və Rusiya prezidentlərinin görüşündən dərhal sonra, ölkənin siyasi həyatındakı gərginlik fonunda başlayıb:

“Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir. Ona görə də münaqişə həm kiberməkanda, həm də real həyatda davam edəcək”.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

 





14.09.2018    çap et  çap et