525.Az

Məşhurların müəmmalı ölümləri - “27-lər klubu”


 

Məşhurların müəmmalı ölümləri - <b style="color:red">“27-lər klubu”</b>

Rok musiqisinin əfsanəvi ulduzlarından bəziləri yalnız sənətlərilə deyil, müəmmalı ölümlərilə də tarixə düşüblər. 

525.az-ın məlumatına görə, haqqında söz açılacaq sənətçilərin hamısı 27 yaşında vəfat ediblər.

Brayn Cons

28 fevral 1942-3 iyul 1969 
İngiltərəli ifaçı, “Rolling Stones” qrupunun yaradıcısı
 


Qeyri-adi istedada malik instrumental musiqiçi Brayn Cons “Rolling Atones” qrupunda şöhrət qazanaraq dünyaca məşhurlaşıb. 

Qastrol gərginliyi, məşhurluğun ən yüksək zirvəsi, qazanılan pullar, gənc musiqiçinin  başqa qeyri-sağlam sahələrə yönəldir. O, narkotik maddələr istifadəçisinə çevrilir. 

İfaçıda yaranan pis vərdişlərə görə, 1969-cu il iyunun 8-də qrup üzvləri fəaliyyətinə Brayns olmadan davam etmək istədiklərini bildiriblər. İyulun 3-də isə B.Cons Hartfildəki malikanəsində ölü tapılıb. 

Həkimlər onun ölümünün bədbəxt hadisə olduğunu bildirirlər. Bəzi məlumatlara görə isə Brayns Cons ölümü bədbəxt hadisə deyil sui-qəsd olub.

Cimi Hendriks 

27 noyabr 1942-18 sentyabr 1970
Amerikalı gitaraçı, müğənni və bəstəkar
 


Rok musiqisinin ən yaxşı gitara ifaçılarından olan Cimi Hendriks 351 musiqi yazdırıb. Lakin son albomları fanatları tərəfindən soyuq qarşılanıb. 1970-ci il avqustun 30-da “İsle of Fehmarn” festivalında müsahibə verən musiqiçi fanatlarından şikayət edərək onların ancaq köhnə hit istədiklərini yeni bəstələrini soyuq qarşıladıqlarını bildirib. 

Sentyabrın 6-da həmin festivaldakı çıxışı fanatları tərəfindən olduqca soyuq qarşılanan gitaraçı səhnəni yarımçıq tərk edir. Sentyabrın 18-də isə Cimi Hendriks Londonda “Samarkand” otelində ölü tapılır. Həkimlərin rəyinə görə, ifaçı yuxu dərmanının doza çoxluğundan zəhərlənib.

Cenis Coplin 
19 yanvar 1943-4 оktyabr 1970
Blyuzun ən yaxşı ağdərili amerikalı ifaçısı 
 


Musiqi fəaliyyəti dönəmində 4 albomla çıxış edən rok ifaçısı Coplinin həyatı konflikt və narahatlıqla keçib. 

İfaçılığı dövründə narkotik aludəçisi olan musiqiçi həm də bitnik fəlsəfəsinə yaxın olan fikirlərə dəstək verirdi. 4 oktyabr 1970-ci ildə o, “Lendmark Motor” otelində ölü tapılıb. 

İfaçının ölümü bəzi mənbələrə heroinin döza çoxluğu bəzi mənbələrdə isə sui-qəsd və özünə qəsd göstərilib.

Cim Morrison 
8 dekabr 1943-3 iyul 1971
Amerikalı musiqiçi, şair, mahnı müəllifi, “The Doors” qrupunun vokalisti və lideri

 


Çıxışları ilə böyük populyarlıq qazanan ifaçının narkotikdən istifadəsi musiqi fəaliyyətinə ciddi təsir göstərdi. 

Şamanlıq və mistizmə meyilli olan musiqiçi rəsmi məlumata görə, iyulun 3-də 1971-ci ildə Parisdə ürək çatışmazlığından vəfat edib. Başqa mənbələrə görə, isə ölümün səbəbi narkotik, intihar və sui-qəsddir.

Kurt Кobeyn 
20 fevral 1967-5 аprel 1994
Amerikanın “Nirvana” qrupunun vokalisti və gitara ifaçısı, bir neçə müsiqinin müəllifi


Kurtun uşaqlıqdan səhhətində problemlər yaşanıb. Bütün ömrü boyu bronxit və mədə ağrısından əziyyət çəkib. Həmçinin “hiperaktiv” fəaliyyətinə görə, həkimlər ona psixotrop dərmanlardan istifadə etməyi məsləhət görüblər.  

İfaçının səhhətini siqaret, narkotik maddələr, həmçinin 13 yaşından istifadə etdiyi marixuana daha da pisləşdirib. 

1994-cü il martın 4-də Romada səhnəyə çıxmazdan öncə yüksək dozada qəbul etdiyi narkotik maddələr musiqiçiyə kliniki ölüm yaşadıb. 

Bəzi məlumatlara görə isə bu əslində özünə-qəsd olub. Bu hadisədən 8 ay sonra isə, Kurt Sietldəki evində ölü tapılıb. 

Versiyalara görə, müğənni narkotik maddə qəbul edərək silahla özünə qəsd edib.

Emmi Uaynhaus 
14 sentyabr 1983-23 iyul 2011 
İngiltərəli müğənni və musiqi müəllifi


 
Emmi 2000-ci illərin ən məşhur ifaçılarından biri kimi tanınıb. "Frank" və "Black to black" albomları çoxsaylı mükafat qazanıb. 

2007-ci ildən müğənni alkoqol və narkotikdən istifadə etdiyinə görə, bir neçə qalmaqala və məhkəmə işlərin qarışıb. 2011-ci il 23 iyulda isə müğənni Londondakı evində ölü tapılıb. İfaçının ölüm səbəbi hələ də məlum deyil. 

Ölüm versiyalarında müxtəlif fikirlər səsləndirilib, bəziləri narkotik maddələr, bəziləri özünəqəsd olduğunu deyiblər. Rok ulduzu "Edgwarebury Lane" qəbirstanlığında dəfn olunub.

 





15.09.2018    çap et  çap et