525.Az

Al Paçinonun 10 ən yaxşı filmi - Siyahı


 

Al Paçinonun 10 ən yaxşı filmi - <b style="color:red">Siyahı </b>
Məşhur amerikalı aktyor Al Paçino filmlərdə daha çox mənfi obrazları canlandırıb. Müsbət obrazlarında isə mütləq iyrənc xarakter var. 

525.az aktyorun ən güclü və ən kəskin rollarını sizə təqdim edir. 

1. “Xaç atası” 


Rejissor Frensis Ford Koppola tərəfindən 1972-ci ildə ekranlaşdırılmış “Xaç atası” filmindəki hadisələr Nyu-Yorkda cərəyan edir. Bu şəhərdə hakimiyyətin əsas kölgəsi 5 italiyalı mafiya ailəsidir. Korleone ailəsi də bu ailələrdəndir. Ailənin başçısı Vito Korleone adət-ənənələrə hörmət edərək və narkotik ticarəti ilə məşğul olmaqdan imtinaq edir. Bunu bəhanə kimi istifadə edib Vita Korleoneyə qarşı sui-qəsd hazırlayırlar. Ağır yaralanan qoca Korleone ailə işlərini davam edə bilmir. Təhlükəli vəziyyət yaranır. Digər ailələr bundan istifadə edib, Korleone ailəsinə qəsd törədə bilərlər. Təcili varis lazım olur. Vito Korleonenin 3 oğlu var: xolerik temperamentli Sonni, melanxolik Fredo və Al Paçinonun canlandırdığı ən kiçik oğlu fleqmatik Maykl. Vita Mayklı mafiya aləminə cəlb etmək istməsə də, həyat öz qəddar planların diktə edir. Ailəsinin maraqları təhlükə altına olduğuna görə, Maykl ailəsi və parlaq gələcəyi arasında seçim edərək ailəsin seçir.  

2. “Xaç atası-2”


Koppolanın 1974-cü ildə rejissorluq etdiyi “Xaç atası-2” filmində Maykl Nyu-Yorkla yanaşı başqa ölkələrində cinayət kralına çevrilir. Las-Veqasın qumar biznesini də ələ keçirməyə çalışır. Ailəsinin maraqlarını hər şeydən hətta ailə üzvlərindən də yüksəkdə tutur.

3. “Xaç atası-3” 


1990-cı ildə “Xaç atası-3” filmi yenidən ekrana gəldi. Qocalmağa doğru gedən Maykl Korleone biznesini leqallaşdırmağa çalışır. Atasının bacarmadığı işi həyata keçirməyə çalışan Maykl bir anlıq mafiya ailəsinin maraqları üçün həyatını məhv etdiyini anlayır. Artıq qocalıb, lakin onu əvəzləyəcək varisi yoxdur.

4. “İt günortası”


1975-ci ildə rejissor Sidni Lyumetin ərsəyə gətirdiyi filmdə iki quldur bank soymağı planlaşdırır. Obrazlardan birini Al Paçino oynayır. Ona pul məşuqunun cinsini dəyişdirmək üçün lazımdır. Soyğunun əvvəlindən heç nə plan üzrə getmir və soyğunçular çətin vəziyyətlə qarşı-qarşıya qalırlar. Bankı tərk etmədən polis mühasirəsinə düşürlər. Daha bir problem odur ki, Qədim Romada deyildiyi kimi küçədə “it günortası” istisi olur. Həm polislərin həm də quldurların əsəbləri ən gərgin nöqtədədir, bircə düşünülməmiş addım faciəyə səbəb ola bilər. 

5. “Çapıqlı üz” 


Brayn de Palmanın 1983-cü ildərejissorluq etdiyi “ Çapıqlı üz” filmindəToni Montano sosializmin hökm sürdüyü Kubadan ABŞ-a qaçır. Az əmək haqqı müqabilində işə düzəlir. Mayaminin cinayət qruplarına qoşulmağa və quldurluq etməyə canı atır. Hər şeyi gözə alan Toni cinayət aləminə qoşularaq özünü qoruyub saxlaya biləcəkmi?

6. “Qadın ətri”


Martin Brestin 1992-ci ildə ekrana gətirdiyi “Qadın ətri” filmində Al Paçino ehtiyatda olan polkovnik, Vyetnam müharibəsi əlili, gözlərini itirmiş Sleyd obrazını canlandırır. Polkovnik həyatda ən çox “Ferrari” və qadınları, xüsusən də qadınların qoxusunu sevir. Beynində plan yaranır, lakin bu planı reallaşdırmaq üçün ona köməkçi lazımdır. Bu köməkçi kollec tələbəsi Çarli Simmis olur. Hər ikisi həftə sonu Nyu-Yorka gələrək yeni başlanğıc və planlarını reallaşdırmaq üçün bir-birinə dəstək olurlar. 

7. “Karlitonun yolu” 


Rejissor Brayan de Palma 1993-cü ildə Al Paçino ilə daha bir filmi ekranlaşdırır. Nyu-Yorkun cinayət aləminin əfsanəsi Karlito Briqanto həbsxanadan çıxır.  Həbsdən çıxdıqdan sonra yenidən özünə mövqe qazanmalı idi. Lakin bunu istəmir. Çoxlu pul qazanıb adalara səyahət etmək istəyir. Gecə klublarından birində çalışır və səyahət üçün pul toplayır. Keçmiş sevgilisi ilə yenidən qarşılaşır, hissləri yenidən təzahür edir. Lakin qara keçmişi ona imkan vermir.

8. “Donni Brasko” 


Rejissor Mayk Nyuelin rəhbərliyi ilə 1997-ci ildə ekranlaşdırılan filmdə Al  Paçino Benjamin “solaxay” Rudjero obrazını yaradır. O, İtaliya mafiya ailəsində qocalmış əsgərdir. Bütün həyatı boyu şefinin tapşırıqlarını yerinə yetirərək balaca altılıq olur. Yeni mafiya atası olan Co Pistoneyə cangüdən təyin edilərək onu həyatı bahasına qorumalı olur. Zaman keçdikcə balaca Coya daha çox bağlanır, oğlu kimi yanaşır. Lakin Co həqiqətən bu sevgiyə layiqdirmi...

9. “Öz adamı” 


Maykl Mannın rejissorluq etdiyi film 1999-cu ildə təqdim edilib. Film real hadisə əsasında çəkilib. Al Paçino bu filmdə ictimayi-siyasi “60 dəqiqə” filminin prodüseri Loulela Berqman obrazını oynayır. Ona ABŞ-ın böyük tütün şirkətinin inkişafı sahəsində vitse-prezident olan S.Uayaqand müraciət edir. Onda tütünün əhali üçün təhlükə daşıması haqqında sübutun olduğunu bildirir. Buna görə Ceffri ailəsini və işini itirir. Lakin mübarizəsin davam edərək məhkəməyə şikayət edir. Loulel Berqman kömək etməyə razılıq verir, birgə ədalət və həqiqət naminə mübarizəyə başlayır.

10. “Döyüş”


Maykl Mann və Al Paçino 1995-ci ildə “Döyüş” filmi ilə yenidən film dünyasına gəldilər. Los Anceles polis departamenti leytenantı Vinsent Xanna təhlükəli cinayətkar qrupları həbs etmək üçün onların izini düşür. Lakin soyğunçular polislərə həbs üçün şans vermir. Vinsent həm cinayəti araşdırır, həm də ailə problemlərinin öhdəsindən gəlməyə çalışır.  
 





15.09.2018    çap et  çap et