525.Az

Gülüş ağrıları yüngülləşdirir


 

Gülüş ağrıları yüngülləşdirir<b style="color:red"></b>

Gülüşün insan orqanizminə faydası çoxdan məlum olsa da, alimlər onun yeni müsbət təsirlərini üzə çıxarıblar.

Həkimlərin fikrincə, əla antidepressant olan gülüş zamanı yaranan endorfin hormonu stresin orqanizmə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir.

Gülüş həm də əqli və fiziki əməyin, məşqlərin səmərəsinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş sosial həyata da müsbət təsir edir. Belə ki, ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar.

Amerikalı alimlərin qənaətinə əsasən, gülüş yaddaşı möhkəmləndirir. Hətta kəskin respirator virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında da onun faydalı vasitə olduğunu söyləyirlər. Bunun səbəbi gülüşün təsiri ilə əmələ gələn anticisimlərin müxtəlif bakteriya və viruslara “hücum” edərək onların çoxalmasına, orqanizmin xəstələnməsinə imkan verməməsi ilə əlaqədardır.

 





16.09.2018    çap et  çap et