525.Az

Dodaqlarınız xasiyyətiniz haqda nə deyir?


 

Dodaqlarınız xasiyyətiniz haqda nə deyir?<b style="color:red"></b>

Dodaqlarınızın xasiyyətiniz haqda ipucu verdiyini bilirsiz? Gəlin birgə nəzər salaq.

Alt dodaq və üst dodaq bərabər olarsa - Belə dodağı olan şəxslər adətən problem həll edən, samballı adamlar olaraq tanınır. İnsanların düşüncələrinə hörmətlə yanaşırlar. Onları hirsləndirmək çətin məsələdir. Ancaq buna rəğmən, sevməyi də, gülməyi də bacarırlar. 

Nazik dodaqlar - Belə dodaqları olan insanlar azacıq yaramaz, azacıq nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Onları tanıdıqca bəlkə bir az eqoist olduqlarını düşünə bilərsiniz. Çox sadiq və yaxşı dost olurlar. 

Çox nazik üst dodaq - Lider olmağa can atırlar. Nə olursa-olsun müvəffəqiyyətin və problemləri həll etməyin bir yolunu mütləq tapırlar. 

Qalın dodaqlar - Belə dodaqlara sahib insanlar mütləq bir başqasının məsuliyyətini öz üzərinə götürmək üçün doğulublar. Belə insanların çox yaxşı valideyn olduğu düşünülür.

Üst dodaq daha qalın olan dodaqlar - Belə dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Özlərini çox sevirlər və insanların diqqətini çəkmək kimi istedadları var. 

Alt dodaq daha qalın olan dodaqlar - Belə dodağı olanlar əyləncəni sevirlər. Enerjili bir yaşam, yeni dostlar, yeni məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur.

 





16.09.2018    çap et  çap et