525.Az

Dağlıq Qarabağ mövzusu internet mediada: 4 aylıq monitorinq yekunlaşdı


 

“MÜSTƏQİL JURNALİSTLƏRƏ TEXNİKİ VƏ HÜQUQİ YARDIM” İCTİMAİ BİRLİYİNİN HƏYATA KEÇİRDİYİ LAYİHƏ İLƏ BAĞLI EKSPERTLƏRİN İŞTİRAKI İLƏ DƏYİRMİ MASA OLUB

Dağlıq Qarabağ mövzusu internet mediada: <b style="color:red">4 aylıq monitorinq yekunlaşdı</b>

“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyinin həyata keçirdiyi “İnternet media resurslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə ilə bağlı ekspertlərin iştirakı ilə dəyirmi masa olub.

Birliyin sədri Asəf Quliyev bildirib ki, layihə çərçivəsində müəyyən olunmuş saytların monitorinqi aparılıb: “Ziyarətçi çoxluğuna malik, mövzuya daha həssas yanaşan müstəqil media qurumları arasında aparılan monitorinqin nəticələri emal olunma mərhələsindədir. Aparılan monitorinqdə yazının hazırlanması zamanı mənbə, mövzu, eksklüzivlik və alternativ mənbələrin olub-olmaması diqqət yetirilən xüsusi məqamlar olub”.

Qeyd olunub ki, 4 ay ərzində 41830 material nəzərdən keçirilib. Həmin materiallardan 1489-u Dağlıq Qarabağ münaqişəsi barədə olub.

Asəf Quliyevin hesabatı dinlənildikdən sonra ekspertlər həm monitorinqin nəticələri, həm də bu sahədə yaranmış durumla bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilir.

CEYHUN

 





15.09.2018    çap et  çap et