525.Az

Trampın oğlu Obamanı təhqir etdi


 

Trampın oğlu Obamanı təhqir etdi  <b style="color:red"></b>

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı sərt tənqid edib.

Modern.az xəbər verir ki, kiçik Tramp Obamanı təhqir edərək, ABŞ-ın ən yaxşı “satıcısı” adlandırıb.

O qeyd edib ki, sabiq dövlət başçısı bütün uğursuzluqlarına tərif verərək onları öz qələbələri kimi təqdim edib.

Onun sözlərinə görə, ABŞ-da heç bir “düşünən insan” Obamanın həqiqətən də Birləşmiş Ştatların iqtisadiyyatı və xarici siyasəti üçün hansısa müsbət addım atdığına inanmır.

Prezidentin oğlu hesab edir ki, atasının seçilməsi ilə ölkədəki vəziyyət köklü surətdə yaxşılığa doğru dəyişib.

 





16.09.2018    çap et  çap et