525.Az

Efiopiya və Eritreya arasındakı 20 illik qarşıdurmaya son qoyuldu


 

Efiopiya və Eritreya arasındakı 20 illik qarşıdurmaya son qoyuldu <b style="color:red"></b>

Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Salman bin Əbdüləziz Əl Səudun himayəsi ilə tarixi sülh sazişinin imzalanması mərasimi keçirilib. Bu saziş Afrikanın iki dövləti arasında sərhəd mübahisəsi səbəbindən illərboyu davam edən qarşıdurmaya son qoyacaq.

AzərTAc xəbər verir ki, sülh haqqında sazişi iki dövlətin liderləri – Eritreya Prezidenti İsayas Afevorki və Efiopiyanın Baş naziri Abiy Əhməd imzalayıblar. İmzalanma mərasimində bu hadisə münasibətlə Kralın dəvətinə əsasən Səudiyyə Ərəbistanına gəlmiş BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.

Afrikanın iki dövləti arasında 1998-ci ildən pozulmuş münasibətlər bu ilin yayından Efiopiyanın Baş naziri Abiy Əhmədin təşəbbüsü ilə düzəlməyə başlayıb. Hazırda ölkələr diplomatik münasibətləri, səfirliklərin işini bərpa ediblər və sərhədləri açıblar.

 





16.09.2018    çap et  çap et