525.Az

Yaşar Qarayev əxlaqı


 

Yaşar Qarayev əxlaqı<b style="color:red"></b>

Rüstəm KAMAL

 

Aradan illər keçib, onun kədərli gözlərini indi unuda bilmirəm.

Bəlkə Yaşar müəllim həyatda gördüyüm ən kədərli alimlərdən biriydi. Üzündə-gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik işığında daha da gözəl halal görünürdü.

Ancaq onun mutluluq məqamları da yadımdadır.

 

Ənənəvi akademik üslubu mükəmməl bilən bu böyük insanın gözlənilməz fikirdən, obrazlı ifadədən, aforostik deyimdən Sokrat alnı işıqlanırdı, üzü-gözü nurlanırdı.

Təbiəti seyr etməyi, xüsusən yayda  Şəkidə olmağı çox sevərdi. Şəhər tünlüyü, məmurluğun yeknəsəkliyi yaradıcılıq intensivliyi ona bu imkanı az verirdi. O, təbiət qoynunda tənhalığın, yalnızlığın mutluluğunu yaşayırdı, içindəki şairliyi boy verirdi. Bir dəfə Marxalda ağacların  üstüylə sürünən dumanı mənə göstərib nəyə bənzədiyini soruşdu. Bu gözlənilməz suala tələsik nəsə uydurub dedim. Yaşar müəllim: “yaxşı bax, uşağın iməkləməsinə bənzəmirmi?”-dedi. Məhz təbiətdə içindəki sükutun hüzurun səsini eşidə bilirdi, fikirlərin ehtiraslı nəfəsini duya bilirdi.

Yaşar Qarayev filoloji təhkiyəmizibənzərsiz bədii ədasıilə zənginləşdirmişdi. Mənə hərdən elə gəlir ki, Bəxtiyar Vahabzadənin poetik priyomları hardasa Yaşar Qarayevin filoloji təfəkkürü yazı üslubu üçün işlək idi. Fəlsəfi antinomiyalar, ritorik suallar, fəlsəfi ümumiləşdirmələr Yaşar Qarayevin düşüncə strukturu üçün səciyyəvidir. O inanırdı ki, yazıda  fikir, deyim qədər poetikdirsə, bir o qədər inandırıcıdır”(Novalis).

 

Onun ifadə üslubunu, yazı sintaksisini bu gün yamsılamaq mümkünsüzdür,  istənilən istedadı bu yolda acı məğlubiyyət gözləyir.

 

O,  keçmişi mütləq bu günə, “indimüstəvisinə keçirirdi, yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün  şəkililər olduğu kimi epik zamanın epik keçmişin olunması onun əsərlərində bədii zamanın təşkilinə təsirsiz ötüşmürdü.   Xatırladığım bir-iki örnəyi gətirim. Məsələn, Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyirdi:

 

Lakin tarixi faktlar sübut edir ki, İraqdan İstanbula Ankaraya Füzuli ilk dəfədir ki, bu gün -500 yaşında gəlir”;   İlyas Əfəndiyevin pyesi ilə bağlı bir məqaləsində  yazırdı ki, “dramaturq tarixi obrazları da öz müasir əxlaq mənəviyyat aləminin güzgüsündə əks etdirir. Təkcə tarixdəki Natəvanı yox, ölümündən sonrakı tarixdə (milli-mənəvi yaddaşda!) yaşamaqda davam edən Natəvanı bizə göstərir”.

 

O, tarixi sadəcə olmuş hadisələrin faktların toplumu, keçmişin xronoloji ardıcıllığı kimi deyil, milli-mənəvi, əxlaqi yaddaş kimi qəbul edirdi. “Tarixmənəvi yaddaşanlayışlarını eyniləşdirdi. Onun üçün tarix milli-mənəvi sərvətlərdən biri idi. “təkrarsız milli-mənəvi sərvətimiz təbiətlə yanaşı, həm tarixdir. O keçmişə yox, bizə məxsusdur. O özü dünənə  çevriləndə yox, biz onu unudanda tarix olur. Tarixin əbədi-mənəvi diriliyi-onun fasiləsiz əxlaqi tərbiyə təsir qaynağı olmasındadır. Tarixdən istifadə etməyən yeraltı sərvətindən, təbii enerji ehtiyatlarından, meşələrindən çaylarından istifadə etməyən xalq kimi köməksiz yoxsuldur”.

 

 Ana dilinəən müqəddəs sərvətkimi baxırdı. Əlifbamızın, dilimizin problemləri ilə bağlı bir neçə məqaləsi var. “Tarix: yaxından uzaqdankitabında bir fəsli belə adlandırmışdı. “Dildə daşlaşan yaddaşlaşan tarix: xalqın soy adı, ana dili, baba yazısı”,”təmiz ana dili olmasa, milli mədəniyyət, milli suverenitet gərəksiz artıq bir şey olar”.

Ona görə , ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi əxlaqı dəyərlər kontekstində qiymət verməyin tərəfdarıydı. “Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın cismləşməsi, etnik dəyərin maddi vücud kəsb etməsidir”.

 

O, Azərbaycan ədəbiyyatını ömrünün millətin ən ali mənəvi sərvəti hesab edirdi. Onun fikrincə alimin, ədəbiyyatşünasın müqəddəs  borcu bu sərvəti etnik toplumun ruhsal tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir ədəbi tənqid ədəbiyyatşünaslıq bu borcu qədər tez həkk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman millət qarşısında məsuliyyəti artar.

 

Yaşar müəllim yazılarında, çıxışlarındaŞəxsiyyətanlamına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, yazılarının kitabının birini belə adlandırmışdı: “Şəxsiyyət-meyardır”, “Vətəndaş”, “şəxsiyyətziyalıməhfumların bir çox hallarda sinonim kimi işlədirdi bu mənaları  bir dəyər birləşdirirdi- tarixi-mənəvi yaddaşa malik olmaq! Vətəndaşı səciyyələndirən əsas psixoloji əlamət isə narahatlıq idi. “Vətəndaş narahatlığıYaşar müəllimin sevdiyi ifadələrdəndir.

Zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə vurmayan bu  müdrik kişi cəmiyyətdə,  ədəbiyyatda  gedən proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlığını  gizlədə bilmirdi.

 

Yaşar Qarayev fəlsəfəsinin təməl dəyərlərindən biri zaman kateqoriyası idi. Kim onun kabinetində olubsa, yəqin ki masasının üstündəki bir lövhəni  yaxşı xatırlayır: “Vaxt sərvətdirsonun yaşam dünyasında, düşüncə sistemində zaman məkandan üstün mövqeyə, üstün dəyərə malik idi, hətta mən deyərdim ki, məkan ikinci dərəcəli meyar idi. O, həmişə məkanını dış məkanların müdaxiləsindən, zorakılığından qorumağa çalışırdı.

 

İstənilən məkan (elmi konfransda, iclasda, evdə, dağda-bağda, İstanbulda, Şəkidə) Yaşar Qarayevin zamanına  tabe olurdu, yəniindiki zamanda olurdu.

 

Klassik mətnlərə  zaman kontekstində məna verirdi, mətnlərin zaman üzrə hərəkəti- dövriyyəsi ona mədənimiqrasiyanıanlamağa kömək edirdi. “Xəmsə”, “Kitabi-Dədə Qorqud”, “Kəmalöddövlə məktubları”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Hophopnamə”... kimi mətnlərin zaman dövriyyəsi məhz  milli mətn mədəniyyətimizi mənəvi sərvətimizi yaratdığına formalaşdırdığına inanırdı.

 

90- illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi: “Cəsarət sərvətdir”. Mütəfəkkir ümid edirdi ki, zamanların kritik məqamlarında şəxsiyyət mifi yaranır yalnız şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu topluma çatdırmaq istəyirdi.

 

 Elə həmin dövrdə Milli Elmlər Akademiyasında qafalarınademokratiya, yenidənqurmahavası ilə bir qrupcəsarətlipeyda olmuşdu, küncdə-bucaqda böyük alimin dalınca danışır ona qarşı intriqalar, şantajlar qururdular. O, isəolimpsakitliyini qoruyur, başını aşağı salıb klassik məqalələrini yazırdı. Səhv etmirəmsə, “Tarix: yaxından uzaqdankitabını nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin yeddi cildliyi üzərində düşünürdü. Təəssüf  ki, onun ancaq bir cildini görə bildi. Oqapıda hansı minilliyin” (O.Mandelştam) olduğunu yaxşı bilirdi. Bizim isə böyük  ustadımızı qorumağa gücümüz çatmırdı.

Bunun ağrısını indi çəkirik...

 





07.10.2012    çap et  çap et