525.Az

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində


 

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində <b style="color:red"></b>

Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.

Trend-in məlumatına görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş edilir.

Sərgi sentyabrın 20-dək davam edəcək.

 





18.09.2018    çap et  çap et