525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası


 

KOLLEGİYA ŞƏHİD HƏRBİ QULLUQÇULARIN VƏRƏSƏLƏRİNƏ BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ İLƏ BAĞLI QAYDALARI VƏ SOSİAL ADAPTASİYA MƏRKƏZİNİN NİZAMNAMƏSİNİ TƏSDİQLƏYİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin tapşırıqları əsasında hazırda nazirlik tərəfindən innovativ həllərin tətbiqi şəraitində aparılan islahatların və sosial müdafiə əhəmiyyətli işlərin cari vəziyyəti, habelə yeni hazırlanmış normativ-hüquqi aktların layihələri müzakirə olunub.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanda milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir.

Cari ilin ötən dövründə görülən işlər barədə danışan nazir məlumat verib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb: "Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək".

S.Babayev vurğulayıb ki, dövlət başçısının 2018-ci il 2 avqust tarixli sərəncamının Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sərəncamla cari ildə həmin insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yarandığı, mənzillərin satınalınması üçün açıq tenderin elan olunduğu bildirilib. Həmçinin, fərdi yaşayış binalarının inşasının davam etdirildiyi, çoxmənzilli binalarda tikinti işlərinin də başa çatmaqda olduğu qeyd edilib.

İclasda dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il 19 aprel 2018-ci il tarixli fərmanının icrası sahəsində görülən işlər müzakirə olunub. O cümlədən, fərmanda qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qaydaların layihəsinin ödəmənin verilməsi prosesini tam şəffaf şəkildə həyata keçirilməsini təmin edə biləcək səviyyədə hazırlandığı vurğulanıb. Layihə barədə müzakirələrdən sonra kollegiya tərəfindən həmin qaydaların təsdiq edilməsi barədə qərar qəbul edilib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin (Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı) Nizamnamə layihəsi də müzakirə olunaraq təsdiq edilib.

CEYHUN

 





18.09.2018    çap et  çap et