525.Az

14 ölkənin spikeri Azərbaycana gəlir


 

KOMİTƏ SƏDRLƏRİ VƏ BİR NEÇƏ DEPUTAT TƏCİLİ PARLAMENTƏ TOPLANDI

14 ölkənin spikeri Azərbaycana gəlir<b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının, Azərbaycan parlamentarizm tarixinin 100 illiyi ilə bağlı Milli Məclisin (MM) xüsusi və təntənəli iclası ayın 21-də, saat 12:00-da keçiriləcək.

Bu haqda "525"ə MM-in Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirov) məlumat verib.

O bildirib ki, təntənəli iclasda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirakı gözlənilir. "14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılacaqlar. Həmçinin, 10 nüfuzlu  beynəlxalq təşkilatın təmsilçiləri xüsusi iclsda iştirak edəcəklər. Xüsusi iclasla da bağlı  hazırlıq işləri aparılır, davam etdirilir, yəni həm tədbirin yüksək səviyyədə baş tutması üçün, həm iclasda iştirak edcək nüfuzlu nümayəndə heyətlərinin qarşılanması, onların burada yerləşdirilməsi və sair üçün hər bir iş görülür" - deyə, A. Təvəkküloğlu sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, 100 illik yubiley ilə əlaqədar olaraq dünən MM-də  komitə sədrlərinin, parlamenti beynəlxalq qurumlarda təmsil edən bir neçə deputatın və  nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda komitə  sədrlərinə və deputatlara sentyabrın 21-də keçiriləcək xüsusi iclasla bağlı  bir sıra tapşırıq və təlimatlar verilib. "Çünki 21-də keçiriləcək iclas adi iclas deyil. Azərbaycan tarixində, xüsusilə də, parlamentarizm tarixində ən önəmli iclaslardandır və onun ən yüksək səviyyədə baş tutması lazımdır. Odur ki, iclas öncəsi belə bir iclasa ehtiyac duyuldu" - deyə, MM-dən bildirilib.

Kamil HƏMZƏOĞLU

 





18.09.2018    çap et  çap et