525.Az

Pakistan Senatının sədri Azərbaycana gəlir


 

Pakistan Senatının sədri Azərbaycana gəlir<b style="color:red"></b>

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, o, sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Dörd gün davam edəcək rəsmi səfərdə M.S.Səncari ilə yanaşı Pakistan Senatının daha 3 üzvü iştirak edəcək. Səfər zamanı Senat sədri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək.

Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.

 





18.09.2018    çap et  çap et