525.Az

Şabranda ekoloji təşəbbüslər uğurla həyata keçirilir


 

Şabranda ekoloji təşəbbüslər uğurla həyata keçirilir<b style="color:red"></b>

Şabran şəhər İcmasının inkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsində "Şabranda təmiz şəhər ekoloji sisteminin və floranın qurulması aksiyalarının təşkili" layihəsi üzrə qalib hesab edilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd Şabran şəhərinin zibillənmiş ərazilərinin iməciliklər yolu ilə təmizlənməsi, yaşıllıqların salınması, ağac əkmə kampaniyalarına çağırış etməklə bu tədbirləri təşkil etməkdən ibarətdir.

Şabran şəhərinin müxtəlif məişət tullantıları ilə zibillənmiş ərazilərinin dəqiq müəyyən edilməsi üçün Şabran rayon İcra Hakimiyyətinin, Şabran şəhər İcra nümayəndəliyinin, Şabran şəhər Təmizlik və Yaşıllaşdırma idarəsinin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə baxış-monitorinqlər təşkil edilmişdir.

Aparılmış baxış-monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, müxtəlif məişət tullantıları ilə ən çox zibillənməyə məruz qalan ərazilər Dəvəçiçayın və Samur-Abşeron kanalının Şabran şəhərindən keçən hissəsinin hər iki sahili boyunda yerləşir.

Bu ərazilərdə yaşayan bəzi fərdi yaşayış evlərinin sakinləri və burada yerləşən ticarət-kommersiya obyektlərinin sahibləri tərəfindən adıçəkilən ərazilər müxtəlif məişət tullantıları ilə zibillənir, nəticədə onlar ətraf mühitin təmizliyinə ciddi xələl gətirirlər.

Mövcud vəziyyəti və bu məsələnin aktuallığını nəzərə alaraq vətəndaş cəmiyyəti mövqeyindən çıxış edən Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi "Şabranda təmiz şəhər ekoloji sisteminin və floranın qurulması aksiyalarının təşkili" layihəsi çərçivəsində "Ekoloji təşəbbüslərə dəstək olaq" şüarı altında Şabran şəhərinin ekoloji mühitinin təmizliyi üçün öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy və bacarığını əsirgəmir.

Layihə çərçivəsində rayonun Su-Kanal sa

həsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Suvarma Sistemləri idarəsi, 3 saylı Yol İstismarı sahəsi və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzində ekoloji tarazlıq, sanitar-gigiyena, flora və təmizlik qaydalarına dair maarifləndirici görüşlər keçirilib və ekoloji təşəbbüslərə dair tövsiyələr verilib.

Şəhərin Heydər Əliyev, Zərifə Əliyeva, Məmmədağa Nəzirov adına istirahət parklarında və Bayraq meydanı ərazisində yaşıllıqların, ətraf mühitin mühafizəsini və ekoloji təmizlik qaydalarını təbliğ edən informativ təbliğat plakatları qurulub.

Şabran şəhərinin Zərifə Əliyeva, Şahin Vahabzadə, Xətai və Abbas Səhhət küçələrində müxtəlif məişət tullantıları ilə zibillənmiş ərazilər texnikanın köməyi ilə təmizlənib.

Layihənin motivləri əsasında hazırlanmış bukletlər nəşr etdirilib əhaliyə paylanıb.

Layihə çərçivəsində yaşıllıqlar salmaq məqsədilə müəyyən olunmuş ərazilərdə 200 ədəd həmişəyaşıl ağac tinglərinin əkilməsi də nəzərdə tutulub.

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin sədri Tofiq Əmrahov Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərindəki Heydər Əliyev mərkəzində Şimal bölgəsi rayonlarının vətəndaşlarını qəbul edərkən onunla görüşərək rəhbəri olduğu layihənin motivləri əsasında hazırlanmış bukletləri ona təqdim edib, rayonun ekoloji durumu, ekoloji problemləri barədə vətəndaş cəmiyyəti mövqeyindən fikir və təşəbbüslərini bildirib.

"Şabranda təmiz şəhər ekoloji sisteminin və floranın qurulması aksiyalarının təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin təşkilatçılığı və Şabran rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi sayəsində həyata keçirilir.

Həyata keçirilən bu tədbirlər əhalinin ekoloji bilik və təsəvvürlərinin genişlənməsinə, onlarda ekoloji baxış mədəniyyətinin formalaşmasına və şəhərin ekoloji durumunun yaxşılaşmasına əlverişli stimul yaradacaq.

S.QARAYEVA

 





19.09.2018    çap et  çap et