525.Az

Sevil Nuriyevanın həyat yoldaşı öldürüldü


 

Sevil Nuriyevanın həyat yoldaşı öldürüldü <b style="color:red"></b>

İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.

Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata əsasən, şəhər ofislərinin birində Etimad İsmayılov və Gözəl Dəmirov arasında borca görə qarşıdurma yaranıb. Nəticədə G.Dəmirov atəş açıb.

Etimad İsmayılov təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumta əsasən, cinayətkar Gözəl Dəmirov polis tərəfindən saxlanılıb. O, Bakının Suraxanı rayonunun polis rəisi olub.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olub.

 





20.09.2018    çap et  çap et