525.Az

Dövlət Komitəsində görüş


 

Dövlət Komitəsində görüş <b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Uilyam R.Qil ilə görüşüb.

Qonağı salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tolerant və multikultural mühit mövcuddur və dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib.

Mübariz Qurbanlı vurğulayıb ki, ibadət evlərinin təmir və bərpası Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Eyni zamanda, dövlət məscidlərdə rəsmi təyinatı olan imam və mütəvəllilərə maddi dəstək göstərir. Onun sözlərinə görə, bu gün Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətini maarifçilik təşkil edir. Əsas məqsədlərdən biri cəmiyyətdə xurafat və radikalizmin yayılmasının qarşısını almaqdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən müvəqqəti işlər vəkili Uilyam Qil iki ölkə arasında bütün sahələrdə, o cümlədən, dini radikalizm və ekstremizə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, ABŞ və Azərbaycan dost və tərəfdaş ölkədir. U.Qil Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayaraq, bu siyasətin dövlət səviyyəsində həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müvəqqəti işlər vəkili Uilyam Qilə Dövlət Komitəsinin çap etdirdiyi "Qısa İslam eksiklopediyası" kitabını hədiyyə edib.

S.QARAYEVA

 





20.09.2018    çap et  çap et