525.Az

"Adam" filmi beynəlxalq festivalın final mərhələsində


 

"Adam" filmi beynəlxalq festivalın final mərhələsində<b style="color:red"></b>

"Zen Film" (Azərbaycan) və "Alfeka" (Türkiyə) şirkətlərinin birgə istehsalı olan "Adam" filmi XII İstanbul Beynəlxalq Memarlıq və Kənd filmləri festivalında final mərhələsinə yüksəlib.

90 ölkədən 950 filmin qatıldığı festivalda final mərhələsinə vəsiqə qazanan "Adam" filmi 20-27 oktyabr tarixləri arasında festivalın "sənədli film" kateqoriyasında yarışacaq.

Film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüsseri Fuad Cəfərov olan filmin çəkilişləri Neftçala rayonun Kürdili adasında, post-prodakşnı Türkiyədə həyata keçirilib.

Şahanə MÜŞFİQ

 





20.09.2018    çap et  çap et