525.Az

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası


 

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası <b style="color:red"></b>

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir.

Trend-in məlumatına görə, bu münasibətilə Qafqaz Qafqaz Müsəlmanları İdarəsində də qanvermə aksiyası keçirilir.

Qanvermə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millət vəkilləri və digər din xadimləri də iştirak ediblər.

Qeyd edək ki, səhər saat 12:00-a olan məlumata görə, respublika üzrə 3.189 nəfər aksiyalarda iştirak edərək qan verib. İndiyədək 1.435 litr qan toplanıb.

 





20.09.2018    çap et  çap et