525.Az

Papadan çağırış: "Valideynlərinizə hörmət edin"


 

Papadan çağırış: "Valideynlərinizə hörmət edin"<b style="color:red"></b>

Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb.

Trend-in məlumatına görə, Papa Vatikanda ənənəvi çıxışı zamanı bu çağırışı edib.

O, gəncləri həm öz, həm də başqalarının valideynlərinə hörmət etməyin vacib olduğunu deyib:

“Əgər sən valideynlərindən uzaqlaşmısansa, onların yanına qayıtmağa cəhd et: Ola bilər ki, onlar qocalıb. Unutma ki, onlar sənə həyatı bəxş edib!”

Roma Papası valideynlərin yanında təhqiredici ifadələr, xoşagəlməz sözlər işlətməməyi də tapşırıb.

 





20.09.2018    çap et  çap et