525.Az

“Ustad”ın 21-ci sayı işıq üzü gördü


 

“Ustad”ın 21-ci sayı işıq üzü gördü<b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 21-ci buraxılışı oxucuların ixtiyarına verilib.

Redaksiyadan 525.az-a verilən məlumata görə, yeni tərtibatla oxucuların görüşünə gələn dərgi bu dəfə də ədəbiyyat və sənət barədə müxtəlif mövzulu yazılarla zəngindir.

Dərginin ədəbi tənqid bölməsində Alxan Bayrmoğludan “H.Cavidin fikir və sənət dünyası”, Nizami Hüseynovdan “Bakıdan şimala doğru ədəbiyyat” yazıları yer alıb.

Ədəbi araşdırma və esselər köşəsində Səbuhi Şahmursoydan “Mütaliənin əlavə təsiri”, Ceylan Mumoğludan “”Məntiqi” novella, yoxsa “detektiv” əsər?”, Aybəniz Həsənovadan “Ölümə heyran olan “Bir maskanın etirafları”, Kənan Hacıdan “Oruell və Köstler. Kommunizm: tezis, anti-tezis”, Xəyalə Muraddan “Müqəvva”, Nemət Hacıəlidən “Ədəbi düşüncələr”i dərc olunub

Şəxsiyyətlər və sənət haqqında Sergey Kuriydən “Maurits Kornelis Eşer: Həndəsə incəsənətə çevrilə bilərmi?” (tərc: Xavər Zahir), Xanəmir Telmanoğludan “Qızılgül rəsmləri çəkən fillər, roman yazan atlar”, Nuranə Abbasovadan “Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası – “Yuxarı”, Nərmin Şahmarzadədən “Bir istiqamətli səyahət və ya Edit Piaf əfsanəsi”, Kamran Mahmudovdan “Böyük azadlıq şairi Corc Bayron və yunan inqilabı” kimi müxtəlif mövzulu mətnlərlə tanış ola bilərsiniz.

Ədəbi nümunələrdə Şəmil Sadiqdən “Azadlıqdakı ruhum”, Müşfiq XANdan “Pivə, eşq və şahanə etiraflar” (hekayə), Cəmilə Məmmədlidən “Ümid” (hekayə), Moris Meterlinkdən “Orada, içəridə” (pyes, tərc: Həmid Piriyev), Aleksandr Qrindən “Atanın qəzəbi” (hekayə, tərc: Xanım Anela), Əlibala Əhmədovdan “Susqun bir ulduz” (şeirlər), Seyid Həsrətdən “Vədəsiz” (şeirlər) oxuculara təqdim olunur.

Dərginin budəfəki müsahibi bu yaxınlarda 60 illik yubileyini qeyd edən Əməkdar artist, teatr və kino aktyoru, ssenarist Vidadi Həsənovdur (Cavid Qədirin təqdimatında). 

Ədəbiyyat və sənət həvəskarları “Ustad”ın yeni – 21-ci sayını Kitabevim.az mağazalar şəbəkəsi və “Hədəf” Nəşriyyatından əldə edə bilərlər.

CAVİD

 





21.09.2018    çap et  çap et